İraqın şimalında Türkiyə ordusunun 1 əsgəri həlak olub, 2-si yaralanıb

İraqın şimalında Türkiyə ordusunun 1 əsgəri həlak olub, 2-si yaralanıb
# 16 noyabr 2017 01:55 (UTC +04:00)

İraqın şimalında 1 türk əsgəri həlak olub, 2-si yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Məlumata əsasən, insident İraqın şimalındakı Gara bölgəsində qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Baş Qərargahın açıqlamasında PKK-ya qarşı mübarizənin sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR