Bank Of Baku

Qubadlı məktəbinə yeni direktor təyin edilib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 01 fevral 2022 13:05 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayevin 31 yanvar tarixli əmri ilə Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Mehdiyeva Bəhmən qızı həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

Bu barədə APA-ya Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, R.Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb.

Rəhminə Mehdiyevanın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib. R.Mehdiyevanın atası - Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 26-da Ballıqaya ərazisində şəhid olub.

Çingiz Səfərli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR