Ölümün qeydə alınması qaydası dəyişir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Qüvvədə olan Məcəlləyə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Digər dəyişikliklə ölüm haqqında məlumat vermə qaydası da dəyişir. Dəyişikliyə əsasən, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək.
Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürüləcək. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəsisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanın vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaqlar.
Qüvvədə olan Məcəlləyə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.
Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Azərbaycanda ölümün qeydə alınması qaydası dəyişir
Sosial
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
Ukraynalı uşaqların Qəbələ, Şamaxı və Şəkiyə ekskursiyası təşkil edilib
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
Xəbər Lenti
Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşü: C6-ya çevrilmiş əməkdaşlıq formatı - ŞƏRH
Mərkəzi Asiya və Azərbaycan: yeni regional əməkdaşlıq modelinin formalaşması - TƏHLİL
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb - VİDEO
Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfərə başlayıb
Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Azərbaycan-Türkmənistan əlaqələri: Strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir - ŞƏRH
IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək
Azad edilmiş ərazilərdə daha 16 nəfərə aid insan qalığı aşkarlanıb
Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib
Ədalət Həsənov: İndiyə qədər azad edilmiş ərazilərdə 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkar edilib
Xaçmazda iki nəfərdən 7 kiloqram narkotik vasitə aşkarlanıb
İstanbulda 7 mərtəbəli bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB
Bakıda avtobusla maşının toqquşması nəticəsində xəsarət alan sürücü ölüb - VİDEO - YENİLƏNİB
Boçorişvili: Gürcüstanın ATƏT sədrliyinə namizədliyi barəsində yekun qərar verilməyib
Azərbaycan neftinin qiyməti 125 dolları ötüb
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib - FOTO
Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə cüzi ucuzlaşıb
Nyu-York birjasında təbii qaz daha da bahalaşıb
Dünya bazarlarında neftin qiyməti artıb
Bu günün valyuta məzənnələri
Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Axios: Suriya Yəmənə 20 minədək hərbçi göndərməyi nəzərdən keçirir
Gürcüstan XİN rəhbəri: "Tramp marşrutu" regional əməkdaşlıq baxımından faydalıdır
Tramp: İran müharibənin dayandırılması üçün ABŞ-a istənilən təklifi verməyə hazırdır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Qlobal fond bazarlarında kəskin eniş müşahidə olunub
“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşüb
Suriya İraq neftinin daşınması üçün alternativ tranzit marşrutu açmağa hazırlaşır
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
İran və Oman Hörmüz boğazı ilə bağlı razılaşmanı beynəlxalq quruma təqdim edəcək
Tramp Konqres seçkilərinədək İrana yeni zərbələr endirilməsi barədə göstəriş verə bilər
KİV: NATO-nun tərəddüdü Rusiya ilə birbaşa qarşıdurma riskini artıra bilər
Tramp daha bir müharibəni tezliklə başa çatdıracağını bildirib
Litva ordusu Kalininqrad vilayəti ilə sərhədin mühafizəsinə cəlb olunacaq
Sloveniya Baş naziri demoqrafik vəziyyəti Avropanın əsas problemlərindən biri adlandırıb
Rubio: Qarşıdakı 10 ildə veriləcək qərarlar Qərbin dünyadakı yerini müəyyən edəcək
ABŞ Yunanıstana 4 milyard dollarlıq hərbi texnika satacaq
Rubio Avropanı “yuxudan oyanmağa” çağırıb
Tramp: HAMAS üç il əvvəl İsrailə etdiyi hücuma görə ağır bədəl ödəyir
Ronaldo millidə karyerasını başa vuran Messiyə xüsusi mesaj ünvanlayıb
Rubio: ABŞ, Danimarka və Qrenlandiya arasında razılaşma Arktikada təhlükəsizlik vəziyyətini dəyişəcək
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
Saatlıda yol qəzasında 5 yaşlı uşaq ölüb
Rubio: ABŞ milli gücünü artırmağa çalışır
Tramp Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına mümkün hərbi dəstəyini müsbət qiymətləndirib
Səudiyyə Ərəbistanında iki hava limanına hücum nəticəsində üç nəfər ölüb