Azərbaycanda 500 min manata qədər gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub

Azərbaycanda 500 min manata qədər gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub
# 23 iyul 2015 08:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək qanunvericiliyindən irəli gələn tələblərə əməl olunmasına, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə gecikdirilmədən, vaxtlı-vaxtında ödənilməsinin təmin olunmasına dövlət nəzarəti tədbirlərini cari ilin yanvar-iyun aylarında da uğurla davam etdirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ümumilikdə 489 402 manat məbləğində gecikdirilən sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib ki, bu da ötən ilin ilk yarım ili ilə müqayisədə 2,1 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilən sosial xarakterli ödənişlərin 413 969 manatı əmək haqlarından, 8 278 manatı zərərə görə ödənclərdən, 67 155 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.

Bu sahədə yol verilən nöqsanlara görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub.

Bununla yanaşı, son 6 ayda DƏMX işdən qeyri-qanuni şəkildə azad edilən 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR