Mənimsəmədə təqsirləndirilən şirkət əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

Mənimsəmədə təqsirləndirilən şirkət əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
# 26 sentyabr 2017 12:18 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əkbər Rzayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Ə. Rzayev 2 il sınaq müddəti olmaqla 7 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb. Hakim bildirib ki, o, dəymiş ziyanı ödəyib.

Qeyd edək ki, Ə. Rzayev "Azqranata" MMC-nin satış üzrə təmsilçisi işləyib. O, mənimsəmədə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR