İran Çindən yanan neft tankerdə xilasetmə işlərinə ciddi yanaşmağı tələb edib

İran Çindən yanan neft tankerdə xilasetmə işlərinə ciddi yanaşmağı tələb edib
# 11 yanvar 2018 13:36 (UTC +04:00)

İranın sosial müdafiə və əmək naziri Əli Rəbii Çin Çin sahillərində yanan, İrana məxsus neft tankeri və orada itkin düşmüş dənizçilərin taleyi ilə bağlı Çin rəsmilərinə məktub yazıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Ə. Rabii məktubunda Çinin aidiyyəti qurumlarının xilasetmə və yanğınsöndürmə əməliyyatlarına daha ciddi yanaşmasını istəyib. O, itkin düşmüş gəmi heyətindən bəzilərinin yaşama ehtimalı olduğunu, bu səbəblə xilasetmə işlərinin daha diqqətli aparılmasını tələb edib.

İranın Milli Tanker şirkətinin fövqəladə komitəsinin sözçüsü Möhsin Bəhrami isə deyib ki, çinlilər bilərəkdən yanan tankeri söndürməyə çalışmırlar. Çünki onlar tankerdə olan qaz kondensatının yanaraq tükənməsini istəyirlər.


Qeyd edək ki, Honkonq qeydiyyatlı “CF Crystal” gəmisi Çin sahillərindən 160 kilometrlik məsafədə İranın “Brayt” şirkətinə məxsus “Sançi” neft tankeri ilə toqquşub. Hadisə nəticəsində partlayış və yanğın baş verib. Tankerdə olan 32 nəfər itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR