Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq
# 19 iyul 2018 05:29 (UTC +04:00)

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxacaq.

Öncə Bakıdakı matç start götürəcək. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul edəcək. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini çıxmağa çalışacaq.

“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşəcək. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşı üçün mübarizə aparacaq.

“Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı olacaq. Bakılılar 3:1 hesablı qələbədən sonra üstünlüyünü qorumalıdı.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları

19 iyul

21:00. “Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta)

Bakı. “Dalğa Arena”

İlk oyun – 1:4

21:30. “Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan)

Differdanj. Şəhər Munisipal stadionu

İlk oyun – 2:0

23:00. “Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan)

Budapeşt. Şuşa Ferens stadionu

İlk oyun – 1:3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR