Tramp: “Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar”

Tramp: “Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar”
# 26 iyul 2018 03:39 (UTC +04:00)

Əldə edilən razılaşmalara uyğun olaraq Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar.

APA-nın xəbərinə görə, bu barədə özünün “Twitter” hesabında ABŞ prezidenti Donald Tramp yazıb.

“Sənədlər üzərində iş artıq başlayıb və proses sürətlə gedir. Avropa İttifaqı ölkələri ABŞ-la ticarətə açıq olacaqlar. Eyni zamanda gördüyümüz işlərdən faydalanacaqlar”, D.Tramp yazıb.

ABŞ prezidenti Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşünü yüksək qiymətləndirib: “Heç kimin gözləmədiyi halda mühüm irəliləyişə nail olduq”.

Qeyd edək ki, Ağ Evdə keçirilmış görüşdə tərəflər ABŞ-dan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın ixracının artırılması, rüsumların azaldılması və bir sıra digər məsələlərə dair razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR