Goranboyda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb - YENİLƏNİB
# 25 fevral 2019 10:53 (UTC +04:00)

Goranboyda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, qəza nəticəsində 1981-ci il təvəllüdlü Babayev Ramin Qəmbər oğlu, Orucov Nizami Oruc oğlu, 1967-ci il təvəllüdlü Əliyev Musa Cəlal oğlu, 1984-cü il təvəllüdlü Babayeva Ülviyyə Adil qızı və 1977-ci il təvəllüdlü Əliyeva Aygün İsmayıl qızı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Saat 09:48

***

Goranboyda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı-Qərvənd avtomobil yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər Goranboy rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR