Dövlət sərhədi avtomobil yollarında təhlükəsizlik sədləri təmir edilir

Dövlət sərhədi avtomobil yollarında təhlükəsizlik sədləri təmir edilir
# 16 iyul 2018 09:58 (UTC +04:00)

Azərbaycanın iki dövlət sərhədi avtomobil yolunda təhlükəsizlik sədləri təmir edilir.

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR