Milli Şuranın mitinqinə icazə verilib

Milli Şuranın mitinqinə icazə verilib
# 20 sentyabr 2017 13:21 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

Bunu APA-ya açıqlamasında BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib.

Z.Ramazanov bildirib ki, Milli Şuranın müraciətinə baxılaraq, sentyabrın 23-də saat 15:00-17:00-da keçmiş “Məhsul” stadionunda mitinqə icazə verilib.

Mitinq “Avropa İttifaqı il assosiasiya sazişi imzalansın!”, “Talana son!”, “Korrupsiyaya son! şüarları ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR