Ağdamda avtomobil piyadanı vuraraq öldürüb

Ağdamda avtomobil piyadanı vuraraq öldürüb
# 25 noyabr 2016 20:21 (UTC +04:00)

Ağdamda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yol qəzası rayonun Çəmənli kəndi ərazisində baş verib.

Vəliyev Razi Sabir oğlunun idarə etdiyi "Lada" avtomobil ilə yolun kənarı ilə hərəkət edən kənd sakini, 1955-ci il təvəllüdlü Əsgərov Mehdi Soltan oğlunu vuraraq öldürüb.

Hadisə yerində olan şahidlərin APA-ya verdiyi xəbərə görə, sürücü yolun hərəkət istiqamətinin əksində avtomobili idarə edib və qarşıdan gələn piyadanı vurub. M.Əsgərov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR