Şirvanda 2 nəfər bıçaqlanıb

Şirvanda 2 nəfər bıçaqlanıb
# 31 avqust 2017 10:32 (UTC +04:00)

Şirvan şəhərində iki nəfər bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 31-də Şirvan şəhərinin Xaqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Güləliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR