Bakıda minik avtomobili yanıb

Bakıda minik avtomobili yanıb
# 22 iyul 2017 01:06 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus "Chery" markalı minik avtomobilinin yük hissəsi, arxa oturacağı və ətrafında 80 m2 sahədə quru ot yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR