Kamçatka sahillərində zəlzələ olub

Kamçatka sahillərində zəlzələ olub
# 23 sentyabr 2017 03:51 (UTC +04:00)

Rusiyanın Kamçatka sahilləri yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib.

APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sakit okeanda, Ust-Kamçatsk yaşayış məntəqəsindən 143 km cənub-şərqdə, ocağı isə 58 km dərinlikdə yerləşib.

Rusiya Federasiyası Fövqəladə hallar nazirliyi Kamçatka diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin açıqlamasına görə, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR