Tovuz sakinini ilan sancıb

Tovuz sakinini ilan sancıb
# 14 iyul 2017 19:22 (UTC +04:00)

Tovuz sakinini ilan sancıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Alakol kənd sakini, 1959-cı il təvəllüdlü Sadıqov Tanrıverdi Yaqub oğlu ot yığarkən ilan onun sağ əlindən sancıb.

58 yaşlı kişi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR