FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib
# 21 sentyabr 2017 00:32 (UTC +04:00)

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) ölkədə ÜDM-nin artım proqnozunu 2,2 faizdən 2,4 faizədək yüksəldib.

APA-Economics”in “İnterfaks”a istinadən xəbərinə görə, 2018-ci il üçün iqtisadi artımla bağlı proqnoz əvvəlki səviyyədə saxlanılsa da (2,1%), 2019-cu il üçün 1,9% faizdən 2%-dək yüksəldilib.

FED ilk dəfə olaraq ABŞ ÜDM-nin 2020-ci il üçün artım proqnozunu açıqlayıb – 1,8%. Qurum rəhbərlərinin qənaətinə görə, uzunmüddətli perspektivdə artım tempi 1,8 faiz səviyyəsində olacaq.

Qeyd edək ki, sentyabrın 20-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. FED uçot dərəcəsini 0,1-1,25% səviyyəsində saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR