Sumqayıtda avtobus qaçırılıb

Sumqayıtda avtobus qaçırılıb
# 08 sentyabr 2017 10:05 (UTC +04:00)

Sumqayıtda avtobus qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Əspan Mahmudovun idarə etdiyi “Otoyol M-29” markalı avtobus qaçırılıb.

Aparılan araşdırmalar zamanı qaçırılan avtobusun şəhər ərazisində hərəkətdə olması müəyyən edilib.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və Post Patrul Xidməti Taborunun əməkdaşları tərəfindən avtobusa “saxla” işarəsi verilib, lakin sürücü tabeçilik göstərməyərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə avtobus Novxanı bağlar sahəsində saxlanılıb və sürücü, şəhər sakini İlkin İsamayılovla birlikdə 4-cü Polis Bölməsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR