Masallıda yanğın nəticəsində bir ailənin üç üzvü ölüb - YENİLƏNİB

Masallıda yanğın nəticəsində bir ailənin üç üzvü ölüb - <span style="color: red;">YENİLƏNİB
# 08 may 2018 08:09 (UTC +04:00)

Masallıda baş verən yanğında ölənlərin sayı 3-ə çatıb.

APA-nın cənub bürosunun xəbərinə görə, Təzə Alvadı kənd sakini, 1945-ci il təvəllüdlü Kamran Murad oğlu Əzimov yanıq xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda ölüb.

Ailənin digər üzvləri isə həmin vaxt evin birinci mərtəbəsində olduğundan və yatmadıqlarından yanğından xilas ola biliblər.

***

07.25

Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR