Britaniya parlamenti “Brexit" haqqında qanun layihəsini qəbul edib

Britaniya parlamenti “Brexit" haqqında qanun layihəsini qəbul edib
# 20 dekabr 2019 18:47 (UTC +04:00)

Böyük Britaniya parlamenti Baş Nazir Boris Consonun “Brexit" haqqında qanun layihəsini qəbul edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, parlamentdə qanun layihəsinin lehinə 358, əleyhinə isə 234 səs verilib.

Qanun layihəsi 124 səs çoxluğu ilə II oxunuşda qəbul olunub.

Qeyd edək ki, qanun layihəsi əvvəlcə qanunvericilik və düzəlişlərin müzakirə olunacağı komitə mərhələsindən keçməli, yanvarın 9-da isə Aşağı Palatada III oxunuşdan sonra təsdiq üçün Lordlar Palatasına təqdim edilməlidir. Bundan sonra qanun layihəsi tam şəkildə qəbul olunmuş hesab ediləcək. Qanun layihəsinə görə, Böyük Britaniya 31 yanvar 2020-ci ildə Avropa İttifaqını tərk etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR