Nigerdə ABŞ hərbçiləri atəşə tutulub, ölən və yaralananlar var - YENİLƏNİB

Nigerdə ABŞ hərbçiləri atəşə tutulub, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 05 oktyabr 2017 03:46 (UTC +04:00)

Nigerdə ABŞ və yerli hərbçilərdən ibarət hərbi patrulun atəşə tutulması nəticəsində 8 əsgər həlak olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, insident zamanı 5 Niger Silahlı Qüvvələrinin əsgəri və 3 ABŞ hərbçisi həlak olub, daha 2 amerikalı əsgər yaralanıb.

Reuters agentliyin diplomatik mənbələrə istinadən bildirib ki, silahlılar Nigerə Mali ərazisindən keçiblər.

***

04:14

Nigerdə ABŞ və yerli hərbçilərdən ibarət hərbi patrul atəşə tutulub.

APA-nın xəbərinə görə, Pentaqon nümayəndəsi Reuters agentliyinin sorğusunu cavablandıraraq məlumatı təsdiq edib.

“Ölkənin cənub-qərbində ABŞ-Niger birgə patrulu atəşə tutulub”, deyə Pentaqon rəsmisi qeyd edib.

Bununla belə Pentaqon nümayəndəsi itkilər barədə məlumat verməkdən imtina edib.

Qeyd edək ki, “New-York Times” qəzeti insident nəticəsində 3 ABŞ hərbçisinin həlak olduğu, 2-in isə yaralandığı barədə məlumat yayıb. Pentaqon xəbəri təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR