"Unibank" hərbçiləri təbrik edir - FOTO

"Unibank" hərbçiləri təbrik edir - <span style="color: red;">FOTO
# 25 iyun 2015 13:32 (UTC +04:00)

Bank - APA-Economics. "Unibank" 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, vətənə xidmət etməyi şərəf bilən hərbçilərimiz başda olmaqla, hər birinizi təbrik edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bayramla əlaqədar olaraq, bank hərbçilər üçün xüsusi kampaniya keçirir.

İyulun 1-dək davam edən kampaniya çərçivəsində hərbçilər "Unibank" filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edə bilərlər. Bu xüsusi aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur.

0% komissiyalı nağd kredit kampaniyası çərçivəsində "Unibank"a müraciət edən dövlət qulluqçuları da, komissiyasız nağd kredit götürmək imkanı qazanırlar.

"Unibank" hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün bankın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

"Unibank" - hər kəsin bankı!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR