Azərbaycanda istilik elektrik enerjisinin istehsalı 2,5% artıb

Azərbaycanda istilik elektrik enerjisinin istehsalı 2,5% artıb
# 16 oktyabr 2017 10:29 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 mlrd. 261,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,2%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1% azalaraq 222,4 mln. manat təşkil edib.

Ötən 9 ay müddətində Azərbaycanda 16 966,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin 9 ayı ilə müqayisədə 1% çoxdur.

Bunun 1 428,4 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2016-cı ilin 9 ayı ilə müqayisədə 8,2% azdır.

Bunun 14 780 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2016-cı ilin 9 ayı ilə müqayisədə 2,5% çoxdur.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 9,6 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2016-cı ilin 9 ayı ilə müqayisədə 8,6% azdır.

Bu il ərzində ölkədə 32,6 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR