İran parlamentinin komissiyası ABŞ sanksiyalarına qarşı qanun layihəsini qəbul edib

İran parlamentinin komissiyası ABŞ sanksiyalarına qarşı qanun layihəsini qəbul edib
# 30 iyul 2017 08:55 (UTC +04:00)

İran İslam Şura Məclisinin (parlament) Milli təhlükəsizlik komissiyası ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə mübarizəyə dair qanun layihəsini qəbul edib.

APA-nın “Fars’ agentliyinə istinadən verdiyi məlumata görə, komissiyanın sözçüsü Hüseyin Nakavi xarici işlər nazirinin müavinləri Abbas Əraqçı və Hasan Kaşkavi ilə fövqəladə toplantı keçirdiklərini bildirib.

Toplantıda ABŞ Konqresinin iyulun 27-də qəbul etdiyi sanksiya qərarı və İranın atacağı cavab addımları barədə müzakirə aparılıb. Müzakirələrdən sonra Milli təhlükəsizlik komissiyası ABŞ-ın sanksiyaları ilə mübarizəni nəzərdə tutan qanun layihəsini qəbul edib.

Xarici işlər nazirinin müavini Abbas Əraqçı “Fars” agentliyinə açıqlamasında bildirib ki, ABŞ İrana qarşı yeni sanksiya qərarı ilə Tehranla “Altılığ”-ın arasında əldə edilən nüvə razılaşmasının 26, 28 və 29-cu maddələrini pozub. A. Əraqçı İranın ABŞ-a mütləq cavab verəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR