Novxanıda yolu keçən piyadanı maşın vurub

Novxanıda yolu keçən piyadanı maşın vurub
# 09 iyul 2018 10:51 (UTC +04:00)

Novxanı qəsəbəsində yolu keçən piyadanı maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR