ETSN milli parklardan çəkilmiş fotoların müsabiqəsini elan edib

ETSN milli parklardan çəkilmiş fotoların müsabiqəsini elan edib
# 01 mart 2019 15:52 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) milli parklardan çəkilmiş fotoların müsabiqəsini elan edib.

ONA-nın xəbərinə görə, nazirliyin Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, 1 mart 2019-cu il tarixindən “Milli parklardan etüdlər” adı altında peşəkar və həvəskar fotoqrafların iştirakı ilə foto müsabiqəyə start verilir.

Müsabiqə çərçivəsində milli parklardan çəkilmiş şəkillər ETSN-in rəsmi “Facebook” və “İnstagram” səhifələrində müəlliflərin adları qeyd olunmaqla mütəmadi yerləşdiriləcək. May ayının 20-dək davam edəcək müsabiqənin sonunda 5 ən yaxşı şəklin müəllifi 22 may - Beynəlxalq biomüxtəliflik günü” ərəfəsində mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR