Azərbaycanda qaz qurğularının xəritələri hər il 3 dövlət qurumuna təqdim olunacaq

Azərbaycanda qaz qurğularının xəritələri hər il 3 dövlət qurumuna təqdim olunacaq
# 06 aprel 2018 10:25 (UTC +04:00)

Hər təqvim ilinin birinci ayında podratçı qaz kəmərlərinin istiqamətini və digər qaz qurğularının funksiyalarını, yer səthinin relyefini, yerin altında/ üstündə, xəndəyin dərinliyini/hündürlüyünü, uzunluğunu göstərən 1/25.000 miqyasda yenidən baxılmış xəritəsini Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkətinə təqdim etməlidir.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 4-də imzaladığı “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkəti podratçıdan yeraltı kəmərlərin və qaz qurğularının bir neçə sxemlərinin böyük miqyasda hazırlanmasını tələb edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR