Lənkəranda evdə yanğın olub

Lənkəranda evdə yanğın olub
# 19 oktyabr 2017 14:02 (UTC +04:00)

Lənkəranda yaşayış evində yanğın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə ,hadisə rayonun Göyşaban kəndində qeydə alınıb. Kənd sakini İltimas Əsgərova məxsus iki mərtəbəli yaşayış evində anidən yanğın baş verib. Dərhal hadisə yerinə FHN-in Lənkəran Yanğından mühafizə hissəsinin iki yanğınsöndürən avtomaşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Ümumi sahəsi 200 m2 dan artıq olan evin 40 m2 yanıb, qalan hissə yanğından mühafizə edilib. Yanğının baş vermə səbəbləri məlum deyil.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR