İsmayıllıda ev yanıb

İsmayıllıda ev yanıb
# 08 sentyabr 2017 07:17 (UTC +04:00)

İsmayıllı rayonu, Lahıc qəsəbəsində ümumi sahəsi 120 m2 olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR