Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 15 avqust 2017 11:32 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Nəcəfov və Hüseynağa Əsədovun məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. İclasda bir neçə şahid ifadə verib.

H. Əsədov iclasda ifadə verərək özünü təqsirli bilmədiyini deyib.

Proses avqustun 16-da davam edəcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin dələduzluq maddəsinə əsasən ittiham olunur. Onlardan C. Nəcəfov barəsində həbs qətimkan tədbiri seçilsə də, H.Əsədov zamindədir.

H.Əsədov Odlar Yurdu Universitetində dərs deyib. Hazırda təqaüddədir. Onların universitetə tələbə düzəltmək adı ilə dələduzluq etdikləri bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR