Gəncədə ikimərtəbəli ev yanıb

Gəncədə ikimərtəbəli ev yanıb
# 27 yanvar 2017 14:05 (UTC +04:00)

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavad xan qəsəbəsində Bayraməli Abbasova məxsus ikimərtəbəli, 5 otaqlı evdə qeydə alınıb.

Ümumi sahəsi 322 kvadratmetr olan evin çardaq hissəsi tamam yanaraq sıradan çıxıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 10 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib. Mənzildə olan əşyalar və qonşu tikililər alovdan mühafizə olunub.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR