Zakir Həsənov MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib - YENİLƏNİB

Zakir Həsənov MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 30 noyabr 2016 14:02 (UTC +04:00)

Moskvada MDB-yə üzv dövlətlərin müdafiə nazirləri Şurasının 71-ci iclasında müdafiə nazirliklərinin qarşılıqlı fəaliyyətinin müxtəlif istiqamətlərinə dair 20 məsələyə baxılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, toplantıda 2016-cı ilə yekun vurulub və növbəti il üçün birgə fəaliyyət planına nəzər salınıb.

İclasın yekununda birləşmiş hava hücumundan müdafiə sisteminin inkişafı məsələsi, humanitar sahədə qarşılıqlı fəaliyyət, hərbi kadrların təhsili və MDB formatında hərbi-idman və təhsil tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunub.

İclas iştirakçılarına Rusiya Silahlı Qüvvələrinin mühəndis qoşunlarının Suriyada tarixi-memarlıq abidələrinin minalardan təmizlənməsi tapşırığının yerinə yetirilməsi ilə bağlı məruzə təqdim olunub.

İclas bitəndən sonra nazirlər Rusiya Müdafiə Nazirliyinin qarşısındakı "Onlar Vətən uğrunda vuruşublar" adlı filmin motivləri əsasında hazırlanmış abidənin açılışında iştirak ediblər.

*** 16.06

Moskvada Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının növbəti iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov görüşdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR