Riçard Almeyda: “Qarabağ”dan ayrılmışam” - MÜSAHİBƏ

Riçard Almeyda: “Qarabağ”dan ayrılmışam” - MÜSAHİBƏ
# 24 dekabr 2019 10:44 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Qazaxıstan mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, gələcək karyerası barədə danışan braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionu “Qarabağ”dan ayrıldığını açıqlayıb.

- “Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər var...
- Bəli, belədir.

- İcarədən “Astana”ya qayıdırsınız?
- Biz qarşılıqlı razılıqla “Astana” ilə müqaviləmə xitam vermişik.

- Bu nə vaxt baş verib?
- 3-4 ay əvvəl.

- Özünüzə yeni klub tapmısınız?
- Agentim bir neçə klubla danışıb. Amma hələ qərar verməmişəm. İndi məzuniyyətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm.

- Bu siyahıda Qazaxıstan klubu var?
- Hələ ki, yoxdur. Qazaxıstandan heç kim agentimlə əlaqə saxlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR