Gözdən Əlillər Cəmiyyətinin dələduzluqda təqsirləndirilən sədrinin məhkəməsi davam edir

Gözdən Əlillər Cəmiyyətinin dələduzluqda təqsirləndirilən sədrinin məhkəməsi davam edir
# 04 iyun 2018 09:38 (UTC +04:00)

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Səlimə Mikayılova ifadə verib. O, təqsirləndirilən şəxsləri tanımadığını deyib: "Atam tərəfindən 85 min manat məbləğində pul Əlilərin binasından ev almaq üçün Məzahir Məcidova verilib".

Şahid qismində ifadə verən Nərimanov Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Əli Həsənov deyib ki, təsirləndirilən şəxslərin əməlləri barədə məlumatsızdır. Şahid təqsirləndirilən N. Şıxəliyevin şöbənin əməkdaşı olduğunu deyib: "Bizə vətəndaşlar tərəfindən şikayət ərizələri daxil olurdu. Biz də bu ərizələri araşdırıb, müvafiq orqana təqdim etmişik”.

Proses iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, S. Abdullayev və digərləri Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil vermək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

M. Nəsibov isə təqsirləndirilən şəxs qismində tanınır və ölkədə olmadığı üçün beynəlxalq axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR