Donald Tusk: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

Donald Tusk: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"
# 27 fevral 2017 14:49 (UTC +04:00)

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dayanıqlı deyil”.

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla həll olunmalıdır: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR