İki qadına xəsarət yetirən şəxsə hökm oxunub

İki qadına xəsarət yetirən şəxsə hökm oxunub
# 09 iyul 2018 09:45 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində iki qadına hücum etməkdə və onlara xəsarət yetirməkdə təqsirləndirilən Şəhriyar Əlizadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Şəhriyar Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Sonradan bu maddə Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR