“Atəşgah” Sığorta Şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

“Atəşgah” Sığorta Şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
# 13 avqust 2015 06:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin sentyabrın 18-də “Atəşgah” Sığorta Şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda cəmiyyətin 2014-cü il üçün illik maliyyə hesabatlarının təsdiq edilməsi, Direktorlar Şurasının, Təftiş komissiyası və İdarə heyəti üzvlərinin seçilməsi məsələlərinə baxılacaq.

Cəmiyyətin müstəqil auditor tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatı şirkətin səhifəsində yerləşdirilib.

Direktorlar Şurasının, Təftiş komissiyası və İdarə heyəti üzvlərinin namizədləri ilə bağlı məlumatla ümumi yığıncaqda tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR