Bir qrup kino xadiminə pul mükafatları təqdim edilib

Bir qrup kino xadiminə pul mükafatları təqdim edilib
# 28 iyul 2017 10:40 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 Avqust - Milli Kino Günü ilə bağlı bir qrup kino xadiminə pul mükafatları təqdim edib. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uzun müddət səmərəli fəaliyyətə görə təqdim edilən mükafatlar iki kateqoriyanı – yubilyarlar və veteranları əhatə edib.

Yubilyarlar - xalq artisti Yalçın Əfəndiyev 80 illik, xalq rəssamı Rafiq Nəsirov, əməkdar incəsənət xadimləri Rafael Qəmbərov, Amin Novruzov və Ənvər Əbluç 70 illik yubileyləri münasibəti ilə 450 manat mükafata layiq görülüblər.

Veteranlar, əməkdar mədəniyyət işçiləri - Nəriman Şıxəliyev, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Miroslava İsgəndərova, Pərviz Quliyev, Rəfiqə Budaqlı, Akif Rüstəmov, Vladimir Dudniçenko, Natalya Şneyer və əməkdar incəsənət xadimi Oqtay Babazadəyə isə 200 manat pul mükafatı verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hər il elan etdiyi, böyük maraqla gözlənilən Milli Kino Mükafatı (2000 manat) da bu günlərdə elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR