Lənkəran-Lerik yolunda iki maşın toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəran-Lerik yolunda iki maşın toqquşub, bir nəfər ölüb, bir nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 27 sentyabr 2017 08:00 (UTC +04:00)

Lənkəran-Lerik yolunda avtomobil qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Qurunba kəndi ərazisində qeydə alınıb.

”VAZ-2106” və ”QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində Lənkəranın Narbağı kənd sakini Qızılgül Ayaz qızı Məmmədova hadisə yerində ölüb. Onun meyiti Lənkəran morquna təhvil verilib.

Gülşən Şirinova adlı sərnişin isə xəsarət alıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR