"Fitch": Bu il Azərbaycanın valyuta ehtiyatları 8,6 milyard dollar artacaq

"Fitch": Bu il Azərbaycanın valyuta ehtiyatları 8,6 milyard dollar artacaq
# 30 iyul 2018 14:33 (UTC +04:00)

Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Fondunun aktivləri 5,1% artaraq 37 mld. dollara çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub. Agentlik mütəxəssislərinin sözlərinə görə, ARDNF-nin valyuta ehtiyatları ÜDM-in 77%-ni təşkil edir.

“Fitch”in qiymətləndirmələrinə görə, 2018-ci ilin yekunları üzrə Azərbyacanın tədiyyə balansının cari əməliyyatlar hesabında profisit ÜDM-in 6,4%-ni təşkil edəcək. Eyni zamanda, neftin yüksək qiyməti, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması və “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağındam qaz hasilatı öz növbəsində, AMB və ARDNF-nin valyuta ehtiyatlarının artımına səbəb olacaq.

"2018-ci ildə Azərbaycanın valyuta ehtiyatları 8,6 milyard dollar artacaq ki, bu da 4,5 aylıq idxala bərabərdir", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR