Azərbaycan Prezidenti Roma Papasını təbrik edib

Azərbaycan Prezidenti Roma Papasını təbrik edib
# 12 mart 2019 17:58 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərini təbrik edib.

ONA xəbər verir ki, təbrikdə deyilir: “Zati-müqəddəsləri,

Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər eyni zamanda dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR