Şəkidə mikroavtobus yanıb

Şəkidə mikroavtobus yanıb
# 09 yanvar 2017 11:19 (UTC +04:00)

Bu gün Şəki şəhərində avtomobil təmiri sexində təmirə dayanmış vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR