Qusarda avtoxuliqanlıq edən şəxs saxlanılıb

Qusarda avtoxuliqanlıq edən şəxs saxlanılıb
# 31 iyul 2018 08:49 (UTC +04:00)

Bir neçə gün əvvəl sosial şəbəkədə Qusar rayonunda toy karvanında iştirak edən bir gəncin hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı görüntülər yayılıb.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.

Araşdırmalarla “İnfiniti G35” markalı, 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq etmiş gəncin Məhəmməd Qədimov olduğu müəyyən edilib. M. Qədimov Qusar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati qaydada protokol tərtib olunub. Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR