Gəncədə qadın 3 azyaşlını yanğından xilas edib

Gəncədə qadın 3 azyaşlını yanğından xilas edib
# 01 avqust 2018 11:41 (UTC +04:00)

Gəncədə baş verən yanğın zamanı qonşu tərəfindən 3 azyaşlı körpə xilas edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Zeynalova Turanə Nəriman qızı yanğın zamanı mənzildə olan 3 azyaşlı uşağı xilas edərkən tüstüdən boğulub.

Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən T. Zeynalovanın vəziyyəti kafidir, uşaqların səhhəti isə normaldır.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Yanğınsöndürmə İdarəsinin 5 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın söndürülüb. Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR