İmişli sakini qonşusunun həyətindəki ot tayasını yandırıb, evindən qızıl-zinət əşyalarını oğurlayıb

İmişli sakini qonşusunun həyətindəki ot tayasını yandırıb, evindən qızıl-zinət əşyalarını oğurlayıb
# 18 avqust 2015 12:05 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli sakini qonşusunun həyətindəki ot tayasını yandırıb və evindən qızıl-zinət əşyalarını oğurlayıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayon sakini Sənan İmranovun evinin həyətində 1000 bağlama ot presinin yandırıldığı və ona məxsus qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat daxil olub. Polisin keçirdiyi əməliyyatla hadisəni İmişli şəhər sakini, əvvəllər iki dəfə məhkum olunmuş 1992-ci il təvəllüdlü Əhmədov Sakit Davud oğlunun törətdiyi müəyyənləşib.

Sakit Əhmədov şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.

Məlum olub ki, ev sahiblərinin alovun söndürülməsinə başları qarışan zaman fürsətdən istifadə edən Sakit Əhmədov evə daxil olaraq oradan qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR