Latviyada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilir

Latviyada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilir
# 19 oktyabr 2017 12:09 (UTC +04:00)

Latviyanın paytaxtı Riqa şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, tədbirdə QSC sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

İclasda Şuranın 66-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin cari ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, bu ilin doqquz ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2017/2018-ci il üçün beynəlxalq istiqamətdə hərəkət edən qatarların cədvəllərinin, yük və konteyner qatarlarının tərtib olunması planının nəticələri, cari ilin may ayında keçirilmiş yük vaqonlarının və bu ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıyaalınmasının ilkin nəticələri, MDB-yə üzv dövlətləri, Latviya, Litva və Estoniya dəmir yolu administrasiyaları arasında bağlanan sazişin bəzi müddəalarının tətbiq olunmasının xüsusiyyətləri, cari ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar, 2018-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti, Şura müdiriyyətinin 2018-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası, Dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2018-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smetası, 2018-ci ildə "Fəxri dəmiryolçu" döş nişanının bölgüsü və Şuranın 68-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlər müzakirə olunur.

Tədbirin sonunda yekun protokolu imzalanacaq.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR