Tramp: "NATO ölkələri ÜDM-in 4 faizini müdafiəyə xərcləməlidir"

Tramp: "NATO ölkələri ÜDM-in 4 faizini müdafiəyə xərcləməlidir"
# 18 may 2018 03:57 (UTC +04:00)

"NATO ölkələri ÜDM-in 2 yox, 4 faizini müdafiə xərclərinə yönəltməlidir".

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

“Daha çox çalışmalıyıq. Biz hələ də 20 ölkənin müdafiə xərclərini 2 faizə çatdırmasını gözləyirik. Amma 2 faiz çox azdır, bu göstərici əslində 4 faiz olmalıdır”, - deyə D.Tramp qeyd edib.

Yens Stoltenberq isə bu məsələdə liderlik etdiyinə görə ABŞ-a minnətdarlıq bildirib.

Qeyd edək ki, NATO büdcəsinin böyük hissəsini ABŞ təmin edir.

D.Tramp dəfələrlə alyansı tənqid edərək, müttəfiqlərdən üzvlük haqqını artırmağı tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR