Ötən il 776 bank işçisi sektoru tərk edib

Ötən il 776 bank işçisi sektoru tərk edib
# 02 fevral 2018 20:22 (UTC +04:00)

2018-ci il yanvarın 1-nə Azərbaycanın bank sektorunun işçilərinin sayı 16171 nəfər təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, ötən ilin dekabrında bank sektorunda çalışanların sayı 458 nəfər azalıb. Belə ki, dekabr ayının əvvəlinə olan statistikayaəsasən, bank sektorunda çalışanların sayı 16269 nəfər olub.

Qeyd edək ki, ötən il yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16947 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR