Bakı Fond Birjasının dövriyyəsi 3,5 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 3,5 dəfə artıb
# 06 aprel 2017 12:56 (UTC +04:00)

2017-ci ilin yanvar-mart aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3,5 dəfə artaraq 2 mlrd. 7 mln. 666 min 679,27 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 3 ayda dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 83,95% artaraq 284 mln. 139 min 544 manat təşkil edib.

Hesabat dövründə pay bazarında və borc alətləri bazarında isə ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 106 dəfə artaraq 600,539 mln. manata, borc alətləri bazarı 7,48 dəfə artaraq 165 mln. 434 min 290 manata yüksəlib.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçandır. Ötən ilin ilk 3 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 2,4 dəfə artaraq 953,023 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR