Şamaxıda yol qəzasında qız ölüb, anası xəsarət alıb

Şamaxıda yol qəzasında qız ölüb, anası xəsarət alıb
# 07 iyul 2017 08:47 (UTC +04:00)

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Respublika Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Şamaxı rayonu ərazisində “Kia” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan Aynurə Kərimova ölüb, anası Səhrayə Kərimova isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR